“Mehmetcik” bunu da etdi – İLK DƏFƏ
Bizi izləyin

Dünya

“Mehmetcik” bunu da etdi – İLK DƏFƏ

Türkiyə beynəlxalq sularda ilk əməliyyat həyata keçirib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik gücləri Liviyanın Tobruk limanının şimal-şərqində narkotik maddə daşıdığı müəyyənləşdirilən və Boliviya bayrağı ilə üzən gəmiyə hava güclərinin dəstəyi ilə hücum təşkil edib.

Əməliyyatın gedişatında 13 ton narkotik maddə ələ keçirilib. Bu, Türkiyənin təhlükəsizlik gücləri tərəfindən birdəfəyə keçirilən ən böyük miqdarda narkotik maddədir.

Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, gəmi hüquqi prosedurların tamamlanması üçün Sahil Təhlükəsizlik Xidməti tərəfindən Türkiyənin ən yaxın limanlarından birinə gətiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm