"Charlie Hebdo”dan iyrənc addım: "silahlı Allah" - FOTO
Bizi izləyin

Dünya

"Charlie Hebdo”dan iyrənc addım: "silahlı Allah" - FOTO

Məhəmməd peyğəmbərin karikaturalarını dərc edən Fransanın “Charlie Hebdo” satirik jurnalı redaksiyaya edilən hücumun ildönümündə bütün dindarları təhqir edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, xüsusi nömrənin üz səhifəsində Allah saqqallı, qanlar içində və kürəyində “Kalaşnikov” avtomat silahı ilə təsvir olunub.

Jurnalın üz səhifəsində “Bir il sonra. Qatil hələ azadlıqdadır” yazılıb.

Vatikan isə Allahın təsvir olunmasını bütün dinlərin tərəfdarları üçün təhqir hesab edib. “Nifrətin bəraəti üçün Allahdan istifadə əsl kafirlikdir”, - Vatikandan verilən bəyanatda deyilir.

Qeyd edək ki, 7 yanvar 2015-ci il tarixində Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına hücum edilib. Üç silahlı 12 nəfəri öldürüb. Məhəmməd peyğəmbərin karikaturalarının dərci terror aktı üçün əsas səbəb olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm