“Rusiyanın dağılması bu hadisə ilə başlayacaq” – PROQNOZ – VİDEO
Bizi izləyin

Dünya

“Rusiyanın dağılması bu hadisə ilə başlayacaq” – PROQNOZ – VİDEO

“Krımın azad edilməsi Rusiyanın dağılmasına gedən yolda əhəmiyyətli addım olacaq”.

Publika.az xəbər verir ki, bunu Krımın blokadasının koordinatoru və Krım Tatar Məclisinin liderlərindən olan Lenur İslyamov KotTV” kanalına müsahibəsində deyib.

İslyamovun sözlərinə görə, Krımın Ukraynanın tərkibinə qaytarılması üçün xüsusi Krım-tatar batalyonunun yaradılması planlaşdırılır. O, qeyd edib ki, batalyon təhlükəsizlik qüvvələri ilə birlikdə hərəkət edəcək.

"Biz Matris kimi Rusiyaya girərək onu dağıdacağıq. Rusiyanın dağılması Krım azad edilməsi ilə olacaq”, - o, deyib.

Qeyd edək ki, tatar fəalı bir müddət əvvəl Krımın enerji blokadasının davam etdirilməsini və ərzaq blokadasının genişləndirilməsini təklif edib. Onun sözlərinə görə, Krıma mal aparan gəmilərə kiçik katerlərlə hücumlar təşkil etmək olar. Lenur İslyamov yarımadanın dəniz blokadasını təşkil etmək üçün “maraqlı metodlar”ın çox olduğunu düşünür.

Rusiyada Lenur İslyamova qarşı diversiya fəaliyyətinə görə qiyabi ittiham irəli sürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm