İŞİD-in neft satışından əldə etdiyi gəlir AÇIQLANDI
Bizi izləyin

Dünya

İŞİD-in neft satışından əldə etdiyi gəlir AÇIQLANDI

İŞİD terror qruplaşmasının nəzarəti altında olan ərazilərdə 2015-ci ilin oktyabr ayından neft hasilatı gündəlik 34 min barelə qədər azalıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın liderlik etdiyi koalisiya güclərinin sözçüsü Stiv Uorren deyib.

Onun sözlərinə görə, ABŞ-ın liderlik etdiyi koalisiya güclərinin aviazərbələri nəticəsində İŞİD-in neft hasilatı 30 faiz azalıb. Amerikalı polkovnik bildirib ki, koalisiyanın zərbələrinə qədər İŞİD-in gündəlik neft hasilatı təxminən 45 min barel idi.

Stiv Uorren qeyd edib ki, 2015-ci ilin oktyabr ayına qədər İŞİD-in neft satışından gündəlik gəliri təxminən 47 milyon dollar təşkil edirdi.

Amerika hərbçisi vurğulayıb ki, koalisiya gücləri 2015-ci ilin dekabr ayı ərzində İŞİD-in təxminən 2,5 min döyüşçüsünü məhv etməyi bacarıb. Uorrenin sözlərinə görə, hazırda Suriya və İraqda terror qruplaşmasının 30 minə qədər döyüşçüsünün olduğu təxmin edilir.

ABŞ-ın yanvarın 5-də açıqladığı məlumata görə, İŞİD-in İraqda nəzarətində saxladığı ərazilərin 40, Suriyada isə 20 faizini itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm