• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Hamı bu ölkədə yaşamaq istəyir

  • Dünya
  • 7 Yanvar 2016 12:54
  • 1 197 Baxış
Hamı bu ölkədə yaşamaq istəyir

Son bir ildə İngiltərədə miqrant kimi yaşamaq istəyənlərin sayı rekord səviyyəyə çatıb.

Publika.az xəbər verir ki, Avropa Birliyinin hesabatına görə, bir ayda müraciət edənlərin sayı 5 min nəfəri keçib.

Belə ki, ancaq oktyabr ayında 5 min 95 nəfər sığınacaq üçün müraciət edib. Bu da gündə orta hesabla 164 miqrantın sığınacaq müraciəti etməsi mənasını gəlir. Ötən ilin fevralında isə 2 min 230 nəfər müraciət edib.

Avropa Birliyi ölkələri içərisində miqrantların ötən il ən çox müraciət etdiyi ölkə Almaniya (54870 nəfər) və İsveç (39055 nəfər) olub. İngiltərə isə bir ayda rekord sayda müraciət qəbul etməklə bu sırada 8-ci ölkə olub.

Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyinin məlumatına görə, ötən il ən az 3 min 600 sığınacaq axtaran şəxs Avropaya dəniz yolu ilə keçməyə çalışarkən həyatını itirib və ya itkin düşüb.

Qeyd edək ki, İngiltərə 2020-ci ilə qədər 20 min suriyalı miqrantı qəbul edəcəyini açıqlamışdı.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR