Urmiyada silahlı nümayiş - FOTO
Bizi izləyin

Dünya

Urmiyada silahlı nümayiş - FOTO

İranın bəsic qüvvələri (hökuməti dəstəkləyən yarımsilahlı dəstələr) rejimin əlaltıları ilə birlikdə Güney Azərbaycanın Urmiyə şəhərində silahlı nümayiş keçiriblər.

Publika.az xəbər verir ki, radikal şiə alimi Baqir Nimr əl-Nimrin edamı bəhanəsi ilə Səudiyyə Ərəbistanının əleyhinə keçirilən nümayişdə hökumət qüvvələrinin silahla güc göstərməsi şəhər əhalisinə qorxulu anlar yaşadıb.

Nümayişçilər arasında bəsic qüvvələri və kürd milli geyimində olan silahlı şəxslər olub.


Qeyd edək ki, illərdir kürd terrorizmindən əziyyət çəkən Qərbi Azərbaycanda silahlı kürdlərin belə ortalığa çıxması azərbaycanlıların narahatlığına səbəb olub.


Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm