Borçalı uğrunda "savaş" başladı
Bizi izləyin

Dünya

Borçalı uğrunda "savaş" başladı

Yanvarın 28-də Gürcüstanın Qardabani rayonunda yerli administrasiyaya rəhbərlik üçün seçkilər keçiriləcək.

Axar.az xəbər verir ki, seçkilərdə Gürcü Arzusu və Vahid Milli Hərəkat Partiyasının namizədləri hakimiyyət uğrunda mübarizə aparacaqlar.

İqtidar partiyasının administrasiya rəhbərliyinə namizədi keçmiş futbolçu Qoçu Camarauli olacaq. Saakaşvilinin tərəfdarları isə buna qarşılıq olaraq Besik Kaxabrişvilinin namizədliyini irəli sürüblər.

Qeyd edək ki, Qardabani administrasiyasının keçmiş rəhbəri Gela Nioradze 2014-cü ildə vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm