Publika.az-ın xəbəri nazirliyi hərəkətə gətirdi
Bizi izləyin

Dünya

Publika.az-ın xəbəri nazirliyi hərəkətə gətirdi

Publika.az bir neçə gün öncə Cəlilabad rayonunun Adnalı kəndində ev quşları arasında xəstəlik yayılması və toyuqların kütləvi tələf olması barədə xəbər yaymışdı.

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti həmin kənddə araşdırma aparıb.

Araşdırmanın nəticəsi barədə xidmətdən Publika.az-a verilən məlumata görə, Cəlilabad rayon Baytarlıq İdarəsinin əməkdaşları adıçəkilən kənddə və rayonda araşdırma aparıblar. Araşdırma zamanı Adnalı kəndində bir həyətdə bir neçə baş ev quşunun tələf olması müəyyən edilib.

Quşlardan nümunələr götürülərək laboratoriyada müayinə edilib. Müayinə zamanı quşların askaridoz (qurd) xəstəliyindən tələf olması aşkar olunub.

Tələf olmuş quşlar xəstəliyin təlimatına uyğun olaraq zərərsizləşdirilib və dezinfeksiya işləri aparılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirlərı aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatlıq olarsa, vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm