Şiələr sünni məscidinin qarşısına toplaşdılar
Bizi izləyin

Dünya

Şiələr sünni məscidinin qarşısına toplaşdılar

Pakistanın paytaxtı İslamabadda şiə və sünni qruplar tərəfindən aksiyalar təşkil edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, təxminən min nəfərə yaxın insan cümə namazından sonra şiə məscidi önünə toplaşaraq şeyx Baqir əl-Nimrin edamına etiraz ediblər.


Onlar "Mən Nimrəm", "Səudiyyə Ərəbistanına lənət", "Tehran səfirliyinə hücumu qınayırıq" yazılı şüarlar səsləndiriblər.

Sünni məscidi önünə toplaşan başqa bir qrup isə şiə nüməayişçilərinin toplandığı istiqamətdə yürüş etmək istəsələr də polis müqavimətilə qarşılaşıblar.

Xatırladaq ki, yanvarın 2-də Səudiyyə Ərəbistanında terrorçuluqda günahlandırılan İrana bağlı radikal şiə lideri şeyx Baqir əl-Nimr edam edilib.

Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm