Türkiyədə “donuz qripi” ŞOKU - 5 nəfər öldü
Bizi izləyin

Dünya

Türkiyədə “donuz qripi” ŞOKU - 5 nəfər öldü

Türkiyədə AH1N1 ("donuz qripi") virusu daşıyanların sayının artması ilə əlaqədar son iki gündə 35 nəfər yüksək hərarət və qusma şikayətləri ilə xəstəxanalara müraciət edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstələrdən 5-i ölüb, 30 nəfərin müalicəsi davam etdirilir. Onlarda “donuz qripi”nin aşkarlandığı açıqlanıb.

Ölənlərdən biri uşaqdır.

Bu ilin əvvəlindən "donuz qripi"ndən ölənlərin sayı 13 nəfərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm