Xəstəni döyüb öldürən həkim işdən qovuldu - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Xəstəni döyüb öldürən həkim işdən qovuldu - VİDEO (YENİLƏNİB)

Rusiyada həkim xəstəni döyərək öldürüb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Belqorod şəhərində yerləşən xəstəxanada həkim tibb bacısına sataşan xəstəni döyüb öldürüb.

Hadisə otaqda yerləşdirilən müşahidə kamerasına düşüb.


Aldığı zərbələrdən müvazinətini itirən xəstə yerə yıxılıb. Xəstənin tərpənmədiyini görən həkim və tibb bacıları yardım etməyə çalışsalar da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlayıb.

***

Rusiyanın Belqorod şəhərində pasientin ölümündə günahlandırılan həkim işdən qovulub.

Publika.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhərin İstintaq idarəsinin rəhbərinin köməkçisi Yelena Kozıreva məlumat verib.

Onun sözlərinə görə, hadisə ötən ilin dekabr ayının 29-da baş verib. Həkim barəsində “Ehtiyatsızlıqdan ölümünə səbəb olma” maddəsi ilə cinayət işi açılıb.

Bu maddəyə görə həkim iki ilə qədər azadlıqdan məhrum edilə bilər.

Gülnar


Oxumağa davam et
Reklam
Reklam

Gündəm