Səudiyyə-İran müharibəsi bu ölkədən başlayır - VİDEO
Bizi izləyin

Dünya

Səudiyyə-İran müharibəsi bu ölkədən başlayır - VİDEO

Bəhreyndə şiə qrupları etiraz aksiyalarına başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin şiə camaatı Səudiyyə Ərəbistanında şiə lideri Əl-Nimrinin edamına etiraz olaraq küçələrə çıxıb.

Məlumatlara görə, etirazçılarla polis arasında qarşıdurma olub. Etirazçılar polisə “molotov kokteyli” atıblar. Hazırda etirazlar davam edir.

Qeyd edək ki, Bəhreyndə iqtidar sünni məzhəbinə məxsusdur və Səudiyyə Ərəbistanının mövqelərini dəstəkləyir. Lakin əhalinin əksər çoxluğu şiə məzhəbinə aid olduğundan ölkədə İranın təsir gücü böyükdür. Bir neçə il öncə “ərəb baharı” zamanı Bəhreyndə şiə etirazçılar İranın dəstəyi ilə iqtidarı devirməyə çalışmışdı. Hazırda kəskinləşən Səudiyyə-İran qarşıdurmasının Bəhreynə də sıçrayacağı gözlənilir.

Video bu linkdə: (http://www.haber7.com/dunya/haber/1743704-bahreyn-karisti-sular-durulmuyor)

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm