Obama: "Putin daha da irəli getsə, Rusiyanı çökdürəcəyik"
Bizi izləyin

Dünya

Obama: "Putin daha da irəli getsə, Rusiyanı çökdürəcəyik"

ABŞ Prezidenti Barak Obama Rusiyanı Ukraynada daha da irəli getməməsi barədə xəbərdar edib.

ABŞ Prezidenti Barak Obama Rusiyanı Ukraynada daha da irəli getməməsi barədə xəbərdar edib.

Barak Obama Putinin işğal siyasətini davam etdirəcəyi təqdirdə enerji və maliyyə sektoruna məhdudiyyətlər qoyulacağını və silah embarqosu tətbiq edəcəklərini bildirib.

Hollandiyanın Haaqa şəhərində keçirilən nüvə sammitindən sonra mətbuat konfransı keçirən Obama Rusiya və Ukrayna arasındakı böhranın görüşlər keçirməklə həll etməyin lazım olduğunu vurğulayaraq, Ukrayna hakimiyyətinin tutduğu diplomatik yol variantını təqdir edib. Obama daha sonra qeyd edib ki, Rusiyanın diplomatik yolla məsələni həll etməməsi əlavə problemlərlə üzləşməsinə səbəb olacaq və iqtisadiyyatının tamamilə çökməsinə gətirib çıxaracaq. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm