Sergey Lavrov: "Heç kim Rusiyanı G8-dən qova bilməz"
Bizi izləyin

Dünya

Sergey Lavrov: "Heç kim Rusiyanı G8-dən qova bilməz"

Rusiya Xarici İşlər naziri Sergey Lavrov G8-dən Rusiyanın çıxarılmasına münasibət bildirib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov G8-dən Rusiyanın çıxarılmasına münasibət bildirib.

Sergey Lavrov heç kimin Rusiyanı "Böyük Səkkizlik"dən qova bilməyəcəyini deyib.

Lavrov mətbuat konfransında G8-in qeyri-rəsmi təşkilat olduğunu, heç bir ölkənin üzvlük kartının olmadığını və heç kimin də Rusiyanı buradan qova bilməyəcəyini qeyd edib.

Rusiyalı nazir Şimali Koreya, İran nüvə problemi, Suriya böhranı, Balkanlar və digər bir çox beynəlxalq məsələlərin zirvə toplantılarında Rusiyanın bilavasitə idarəçi olduğunu və bunun üçün münbit şəraitin yaradıldığını bildirib.

Rusiya Xarici işlər naziri Lavrov Putinin Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməməsinin də Ukrayna olayları ilə əlaqəli olmadığını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm