MHP Ərdoğanın qarşısına şərt qoydu
Bizi izləyin

Dünya

MHP Ərdoğanın qarşısına şərt qoydu

“Prezident sistemini qəbul edək, amma bir şərtlə: indiyə qədər prezidentlik etmiş və indi etməkdə olan şəxslər seçkilərə qatılmasın”.

Publika.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) Kayseridən olan millət vəkili Yusuf Halaçoğlu sosial şəbəkədəki səhifəsində yazıb.

“Prezident sisteminin Türkiyəni xilas edib-etməyəcəyini deyə bilmərəm. Amma madam ki xilas edəcək, mənim belə bir təklifim var. Unitar dövlət quruluşunu saxlamaq, indiyə qədər prezidentlik etmiş və indi etməkdə olan şəxslərin seçkilərə qatılmaması şərti ilə prezident sistemini qəbul edək. Nə deyirsiniz AKP-lilər? Bu təklifi qəbul edə bilərsinizmi?”, - MHP-li millət vəkili qeyd edib.

Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbul olunmasında məqsəd Türkiyənin unitar quruluşunun pozulması, türk adının konstiitusiyadan çıxarılmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm