İstanbulda partlayış: 10 alman turist öldürüldü – VİDEO (YENİLƏNİB) (+18)
Bizi izləyin

Dünya

İstanbulda partlayış: 10 alman turist öldürüldü – VİDEO (YENİLƏNİB) (+18)

İstanbulun Sultanəhməd Meydanında partlayış baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

Hadisə yerinə çox sayda təcili yardım maşınları və polis qrupları cəlb edilib.

Hadisə şahidləri partlayışı kamikadzenin törətdiyini bildiriblər. Lakin bu iddia hələ təsdiq edilməyib. Polis hadisə yerinə heç kimi buraxmır.

Partlayışın məscid yaxınlığındakı bir turist qrupunun olduğu yerdə baş verdiyi xəbər verilir.

Hadisə şahidləri ətrafda cəsəd parçalarının olduğunu bildirirlər. Ətrafdakı dövlət binaları ikinci bir hücum ehtimalı ilə bağlanılıb.

***

Terror hücumunun kamikadze tərəfindən həyata keçirildiyi dəqiqləşib. Onun hədəfinin almaniyalı turistlər olduğu bildirilir. Çoxlu sayda turistin öldüyü xəbər verilir. Ancaq partlayışın kim tərəfindən həyata keçirildiyinə dair hələ rəsmi bir açıqlama verilməyib.

Hadisə İslam Əsərləri Muzeyinin tam qarşısında baş verib. Cəsəd parçaları muzeyin qapısı və bağçasına qədər dağılıb.

Son məlumata görə, ən azı 9 alman turist ölüb.

***

İstanbul valiliyindən verilən açıqlamaya görə, ümumilikdə 10 nəfər ölüb, 15-i yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm