Putin ruslar üçün Türkiyəyə alternativ tapdı - FOTOLAR
Bizi izləyin

Dünya

Putin ruslar üçün Türkiyəyə alternativ tapdı - FOTOLAR

Rusiya hökuməti xaricə gedən ölkə turistləri üçün Türkiyəyə alternativ ölkələr tapıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Rusiya Turizim Operatorları Birliyinin sədri Maya Lomidze keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya öz vətəndaşlarının turist kimi Türkiyəyə getməsini qadağan edib: “Bu baxımdan da 2016-cı ilin yay mövsümündə rus turistlərin çimərliklərdə və digər ərazilərdə dincəlməsi üçün yeni ölkələr kəşf edilir və onlarla danışıqlar aparılır. Bu il rus turistlər Türkiyə əvəzinə İsrail, Yunanıstan, Bolqarıstan və Yunan Kiprində dincələ bilərlər. Bu ölkələr təbiəti və iqliminə görə də Türkiyəyə alternativdir. Sadəcə olaraq? rus turistlər Qara dəniz əvəzinə Aralıq dənizində istirahət edə bilərlər. Hazırda bu ölkələrlə danışıqlar aparılır. İnanıram ki, qiymətlər də sərfəli olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm