PKK-ya ağır zərbə: gizli koordinasiya qrupu ifşa edildi - FOTO
Bizi izləyin

Dünya

PKK-ya ağır zərbə: gizli koordinasiya qrupu ifşa edildi - FOTO

Qəndil dağında yerləşən qərargahın əmri ilə Kobanidən göndərilən və Diyarbəkir vilayətinin Sur mahalında PKK-nın hərəkətlərini koordinasiya edən terrorçularla əlaqədar məlumatlar ortaya çıxıb.

Publika.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, koordinasiya qrupu 4 nəfərdən ibarətdir.

Təhlükəsizlik gücləri qrupun liderini, snayperi və iki bomba mütəxəssisini hər yerdə axtarır. Kəşfiyyat qurumları PKK-çıları idarə edən 4 terrorçunun şəxsiyyətini müəyyənləşdirərək fotoşəkillərini dərc edib.

Onlar PKK-nın “Əli” kod adlı Sur mahalı üzrə lideri, “Ovçu Roza” kod adlı Kobanidən gələn snayperi, “Dəniz” və “Hebun” kod adlı bomba mütəxəssisləridir. Terrorçular PKK-nın döyüşçülərinə təlim keçir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm