“Müharibə partiyası” Kremldən gedəcək, Ukrayna udacaq...
Bizi izləyin

Dünya

“Müharibə partiyası” Kremldən gedəcək, Ukrayna udacaq...

“2016-cı ildə Kremldə “müharibə partiyası” öz təsirini itirə və siyasi səhnəyə yeni oyunçular çıxa bilər”.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın “Stratfor” kəşfiyyat-analitik şirkətinin hesabatında deyilir.

Hesabatda qeyd edilir ki, Rusiya rəhbərliyi hərbi büdcənin ixtisarı haqqında Maliyyə Nazirliyinin təklifi ilə razılaşmaq məcburiyyətindədir.

Amerika analitiklərin sözlərinə görə, sabiq maliyyə naziri Aleksey Kudrin Kremldə güclərin dəyişməsində əhəmiyyətli rol oynayacaq.

“Rusiyalıların çoxu və Qərbin bəzi nümayəndələri Kudrini sağlam düşüncəli maliyyə mütəxəssislərindən biri hesab edirlər. Kudrin maliyyə naziri vəzifəsindən getdikdən sonra vətəndaş cəmiyyəti və insan hüquqları ideyalarını irəli çəkən qeyri-hökumət təşkilatları ilə işləyib. 2015-ci ilin iyulundan yayılan şayiələrə görə, o, Rusiyanın yeni baş naziri ola bilər. Onun hətta prezident seçkilərində iştirak etməyə çalışacağı bildirilir”, - analitik şirkətin məruzəsində deyilir.

Amerika analitiklərinin fikrincə, əgər prezident Vladimir Putin Aleksey Kudrinin hökumətə qayıdışı ilə razılaşarsa, o halda Rusiyada bir sıra əhəmiyyətli iqtisadi islahatlar gözlənilir: “Kudrin müdafiə sektorunun xərclərin ixtisarından başqa dövlət şirkətləri və müəssisələrin özəlləşdirməsi təklifi ilə çıxış edə bilər”.

“Dövlətdə mürəkkəb iqtisadi vəziyyət Rusiyada islahatların keçirilməsi məsələsini daha aktual edəcək. Bu, “sülh partiyası”nın siyasi çəkisini artıracaq. “Sülh partiyası”nın nümayəndələri hərbi xərclərinin ixtisarı və beynəlxalq münaqişələrə Rusiyanın cəlb olunmasının azaldılmasını dəstəkləyirlər. Amerika kəşfiyyatçıları Aleksey Kudrinin böyük siyasətə qayıdışını istisna etmirlər. Bu, yalnız Rusiyaya deyil, həm də Ukraynaya xeyir gətirə bilər. Məsələ ondadır ki, Kudrin Rusiyanın Ukraynaya təcavüzünə görə Qərbin tətbiq etdiyi sanksiyaların ölkə iqtisadiyyatına mənfi təsiri barədə dəfələrlə danışıb. Sanksiyaların ləğvi isə yalnız Donbas hövzəsində müharibənin dayandırılması halında mümkündür. Bu isə Rusiya hakimiyyətinin üzüyola olacağına ümid verir”, - “Stratfor”un hesabatında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm