Türkiyədən Rusiyaya XƏBƏRDARLIQ: “Ya İŞİD-i yox edin, ya da...”
Bizi izləyin

Dünya

Türkiyədən Rusiyaya XƏBƏRDARLIQ: “Ya İŞİD-i yox edin, ya da...”

“Ya İŞİD-i yox edin, ya da imkan verin biz yox edək”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiyaya ünvanlayıb.

Baş nazir Suriyada çirkli bir oyunun oynanıldığını bildirib.

“Türkiyənin havadan təşkil edəcəyi əməliyyatlara bəzi ölkələr sədd çəkirlər. Ya özləri İŞİD-i yox etsinlər, ya imkan versinlər biz yox edək. Amma kimsə “İŞİD-ə qarşı mübarizə aparıram” görüntüsü altında dinc insanları və müxalifəti cəzalandıraraq terrorçulara meydan açmağı düşünməsin. Bir kəşfiyyat məlumatını paylaşmaq istəyirəm. Son günlərdə Türkiyə sərhədinə yaxın bölgədə Suriyanın mötədil müxalifəti İŞİD-ə qarşı əməliyyata başladı və bəzi bölgələr İŞİD-dən alındı. Bizə çatan kəşfiyyat məlumatlarına görə, rejim Dəməşqin cənubundakı İŞİD qüvvələri ilə razılaşıb və razılaşma çərçivəsində rejim qüvvələri ilə İŞİD-in bəzi gücləri Suriyanın şimalına göndərilib. Bu gün Suriyada çox çirkli iş birliklərini görürük”, - Türkiyənin baş naziri vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm