“Charlie Hebdo”dan daha bir iyrənc karikatura: Aylan ölməsəydi... - VİDEO
Bizi izləyin

Dünya

“Charlie Hebdo”dan daha bir iyrənc karikatura: Aylan ölməsəydi... - VİDEO

Fransız dərgisi “Charlie Hebdo” daha bir qalmaqallı karikatura yayımlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, “Charlie Hebdo” bu dəfə Egey dənizində boğulan və cəsədi Türkiyə sahillərində tapılan Aylan adlı körpə ilə Almaniyanın Köln şəhərində Yeni il gecəsi qadınlara zorakılıq edən miqrantlar arasında müqayisəni əks etdirən karikatura dərc edib.

Jurnalın son sayında dərc olunan bu karikatura yenə də beynəlxalq ictimaiyyətin müzakirəsinə səbəb olub.

Karikaturanın məzmunu isə belədir: “Yuxarıda Aylanın cəsədi təsvir olunub. Aşağıda isə bir qadını qovan kişilər göstərilib. Və Almaniyanın Köln şəhərində Yeni il gecəsi qadınlara zorakılıq edən miqrantlara işarə ilə yazılıb: əgər Aylan ölməsəydi, böyüyəndə kim olardı? Yəqin ki, miqrant kişilərə avropalı qadınlara təcavüz etmələri üçün çağırış edərdi…”

Xatırladaq ki, Məhəmməd Peyğəmbərin karikaturalarını dərc etdiyi üçün Səid və Şərif Kouaçi qardaşları 2015-ci il yanvarın 7-də “Charlie Hebdo” jurnalının redaksiyasına silahlı hücum ediblər. Hücum zamanı 12 nəfər, o cümlədən jurnalın əməkdaşları öldürülüb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm