ABŞ bir zərbə ilə məhv ediləcək – ŞOK TƏHDİD
Bizi izləyin

Dünya

ABŞ bir zərbə ilə məhv ediləcək – ŞOK TƏHDİD

Şimali Koreya ABŞ-ı xəritədən silməklə hədələyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın sərt tənqidlərinə məruz qalan Şimali Koreya ABŞ bir zərbə ilə xəritədən siləcək hidrogen bombası hazırladığını açıqlayıb.

Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA tam təchizatlı hidrogen bombasının hazırlandığını və bu bombanın ABŞ-ı bir zərbə ilə məhv etməyə qadir olduğunu deyib.

Qeyd edək ki, yanvarın 6-da rəsmi Pxenyan Koreya Xalq Demokratik Respublikasının ilk hidrogen bombasının sınağını müvəffəqiyyətlə reallaşdırdığını açıqlayıb.

“Hidrogen bombasının sınağı tam uğurla həyata keçdi. Bu, 5 min illik tarixi olan ölkənin dünyanı sarsıdan zəfəri idi”, - Şimali Koreya hökumətinin yaydığı açıqlamada deyilib.

Açıqlamada bu sınağın tamamilə yerli gücün və texnologiyanın sayəsində həyata keçirildiyi qeyd edilib: “Sınaq zamanı ekologiyaya zərər verilməyib. Bu sınaq ABŞ kimi nüvə silahına malik olan dövlətlərdən müdafiə olunmaq və Koreya yarımadasının təhlükəsizliyini təmin etmək üçün həyata keçirilib”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm