• USD 1,7000 0,00% EUR 2,0179 -0,08%
    • GBP 2,3668 +0,16% RUB 0,0233 0,00%

Donbas yalnız o halda qaytarılacaq... – Putinin şərtləri

  • Dünya
  • 15 Yanvar 2016 11:57
  • 2 053 Baxış
Donbas yalnız o halda qaytarılacaq... – Putinin şərtləri

“Ukrayna böhranı üzrə üçtərəfli əlaqə qrupunun rusiyalı nümayəndəsi Boris Qrızlov Kremlin Donbas hövzəsində müharibənin başa çatdırılmasını nəzərdə tutan variantını təklif etmək üçün Kiyevə gəlib. Amma Ukrayna Kremlin şərtləri ilə razılaşmayıb”.

Publika.az xəbər verir ki, bu barədə Avropanın Ukraynadakı diplomatik missiyalarından birindəki mənbə “Apostrof” nəşrinə bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Kiyevə Qrızlov vasitəsilə göndərdiyi təklif bu şəkildə olub: Rusiya tərəfi üçün seçkilərin hansı sistemlə və kimin nəzarəti altında keçiriləcəyi, səslərin kim tərəfindən necə hesablanacağı əhəmiyyətli deyil. “Rusiya üçün əhəmiyyətlidir ki, Ukrayna bu prosesdə növbəti ardıcıllığa riayət etsin. Pyotr Poroşenko Ukrayna ordusuna qarşı vuruşan döyüşçülər üçün amnistiya haqqında qanunu imzalasın, Ukrayna qanunvericiliyi üzrə seçkilər keçirilsin və Donbas hövzəsinə xüsusi statusun verilməsini nəzərdə tutan konstitusiya islahatları başa çatdırılsın. Yalnız bu şərtlərin yerinə yetirilməsindən sonra Ukrayna tərəfi dövlət sərhədi üzərində tam nəzarəti təmin edəcək”, - mənbə deyib.

Onun sözlərinə görə, Ukrayna hadisələrin ardıcıllığını başqa formada təklif edir. Mənbə bildirir ki, Poroşenko amnistiya haqqında qanunu imzalamağa və konstitusiya islahatını başa çatdırmağa hazırdır. Ancaq Donetsk və Luqansk vilayətlərində yerli seçkilər yalnız Ukraynanın dövlət sərhədi üzərində nəzarəti təmin etməsindən sonra keçirilməlidir.

“Tərəflərdən heç biri güzəştlərə getmir”, - mənbə vurğulayb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR