Razılaşmanın detalları üzə çıxdı - Rusiya vuracaq, Suriya üzərinə götürəcək
Bizi izləyin

Dünya

Razılaşmanın detalları üzə çıxdı - Rusiya vuracaq, Suriya üzərinə götürəcək

Rusiyanın Suriya ilə 26 avqust 2015-ci ildə imzaladığı razılaşmanın detalları üzə çıxıb.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, Rusiya hava güclərinin Suriyaya göndərilməsini nəzərdə tutan razılaşma hökumətinin rəsmi internet səhifəsində dərc edilib.

Razılaşmaya görə, Rusiyanın döyüş təyyarələri Suriyanın Xmeymim hava bazasına ölkədə sülh və təhlükəsizliyi təsis etmək məqsədinə göndərilir. Bu addımın Suriya hökumətinin müraciəti əsasında atıldığı vurğulanıb.

Razılaşmanın önəmli detalı ondan ibarətdir ki, Rusiya hava güclərinin fəaliyyəti nəticəsində meydana çıxacaq zərərlərlə əlaqədar üçüncü tərəflərin ittihamlarına görə məsuliyyəti Dəməşq üzərinə götürəcək. Razılaşmada qeyd edilir ki, hava missiyası üz vəzifəsini yerinə yetirənə kimi Suriyada qalacaq.

Qeyd edək ki, Rusiya 30 sentyabr tarixindən Suriyada hava əməliyyatları təşkil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm