Rusiyanın nüvə silahı – SSRİ dövrünün “paslı qılıncı” - VİDEO
Bizi izləyin

Dünya

Rusiyanın nüvə silahı – SSRİ dövrünün “paslı qılıncı” - VİDEO

“Rusiyanın nüvə arsenalı Kremli saxlayan əsas səbəbidir. Nüvə silahı ona özünü beynəlxalq səhnədə hiss etdirməyə imkan verir. Moskva mümkün olan hər şey edir ki, onun nüvə güclərinin istənilən vaxt zərbə vurmağa hazır olduğunu göstərsin”.

Publika.az xəbər verir ki, bu sözləri Ukraynanın “Obozrevatel.com” saytında siyasi müşahidəçi Oleq Katkov yazıb.

O, qeyd edib ki, sayt Rusiyanın “nüvə qılıncı” və müdafiə sisteminin real durumu ilə bağlı yazıların dərcinə başlayır. Rusiya yalnız ABŞ-ı deyil, bütün dünyanı “radioaktiv kül”ə döndərməklə hədələdiyini xatırladan ukraynalı siyasi müşahidəçi hesab edir ki, Rusiyanın “nüvə qılıncı”nın real vəziyyəti Kremlin qəzəbli obrazından olduqca uzaqdır. Oleq Katkov qeyd edir ki, SSRİ-dən qalma raketlər sürətlə köhnəlir, rəqibin raketlərini görməyə icazə verən sistem dağılıb.

“ABŞ və Çin ən yeni hipersəsli raketlərini hazırlayır. Rusiya “texnoloji sıçrayış”la lovğalanır. Halbuki, Qərb keçən əsrin səksəninci illərində bu mərhələni keçib”, - ukraynalı müşahidəçi deyib.

Oleq Katkov Rusiyanın nüvə güclərinin üç komponentdən - strateji təyinatlı raket qüvvələri, donanmalar və aviasiyalardan ibarət olduğunu bildirib: “Raket qoşunlarının silahlanmasında əsas yeri qitələrarası ballistik raketlər tutur. 2015-ci ilin məlumatına görə, Rusiyada 305 ballistik raket var və onlar 1126 nüvə yükü daşıyır. R-36M raketləri (NATO təsnifatı üzrə “Satana”) 460 ayrı nüvə yükünü (hər raketdə 10 nüvə yükü) daşıyır. Raketlərin istismar müddətinin uzadılmasında Ukraynanın “Yujmaş” şirkəti aparıcı rol oynayırdı. Moskvanın hesablamalarına görə R-36M-lər daha 4 il yaşaya biləcək. R-36M Rusiyanın nüvə arsenalında ən köhnə raketlərdən hesab edilir. R-36M “Satana” 1960-cı illərin ortalarında hazırlanan UR-100N (RS-18 - NATO təsnifatı üzrə “Stilet”) qitələrarası raketlərin modifikasiyasıdır. Bütün nüvə yüklərinin 28 faizi UR-100N raketlərində yerləşdirilib. “Stilet” raketlərinin son sınağı 2015-ci il noyabrın 27-də Orenburq vilayətində keçirilməli idi. Sınaqla bağlı elan yerli hakimiyyət tərəfindən verilmişdi. Amma Rusiya Müdafiə Nazirliyi RS-18 raketinin işə salınması barədə məlumat vermədi, verilən elan isə sirli şəkildə yerli administrayanın saytından yoxa çıxdı”.

Ukraynalı siyasi müşahidəçi bildirir ki, Rusiyanın yeni ballistik raket arsenalında “Topol”, “Topol-M” və onların modifikasiyası olan “Yars” raketləri var: “Topol” 1980-ci illərin əvvəllərində hazırlanıb. 1980-ci illərin sonlarında “Topol” “Topol-M” səviyyəsinə qədər müasirləşdirilib. Amma bu raketlərin əhəmiyyətli məhdudiyyətləri var. “Topol” 0,55 meqatonluq yalnız bir nüvə yükü aparır. Müqayisə üçün deyək ki, UR-100N 0,55 meqaton olmaqla 6 nüvə yükü, R-36M isə 0,75 meqaton olmaqla 10-a qədər nüvə yükü apara bilir. Beləliklə, 150 “Topol” yalnız 82,5 meqaton nüvə yükü çatdırır. Rusiya bu vəziyyətin düzəldilməsi üçün “Topol-M” əsasında 0,3 meqatonluq 3-4 nüvə yükü aparacaq “Yars” ballistik raketi hazırlamaq qərarına gəldir. 2015-ci ilə olan məlumata görə, Rusiyanın 49 “Yars” raketi döyüş vəziyyətindədir. Beləliklə, Rusiyanın strateji təyinatlı raket qüvvələri R-36M və UR-100N tipli 106 raketə malikdir. Onlar 780 döyüş yükünü (ümumi nüvə yükünün 79 faizi) daşıyırlar. Və bu raketlərin işləmək qabiliyyətinə zəmanət vermək, yəni uçub-uçmayacağını dəqiqləşdirmək yalnız onları daim yoxlamaqla mümkün olar. Rusiyanın nüvə arsenalında ümümilikdə 199 olmaqla “Topol”, “Topol-M” və “Yars” ballistik raketi var. Onlar 141,3 meqaton ümumi gücündə olan 346 nüvə yük çatdıra bilər. Müqayisə üçün deyək ki, 2013-cü ilin məlumatına görə, ABŞ-da 450 “Minuteman III” qitələrarası ballistik raket var. Onlar ümumi gücü 157,5 meqatondur (Hər birinin nüvə gücü 0,35 meqatondur). Amma “Minuteman III” raketlərinin ümumi gücünü 475,5 meqatona qədər artırmaq mümkündür. Rusiyadan fərqli olaraq ABŞ üçün yerüstü ballistik raketlər əsas zərbə gücü deyil. Pentaqon nüvə güclərini nüvə triadasının digər komponentləri olan donanma və aviasiya üzrə bərabər bölüşdürüb”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm