ABŞ və Rusiya arasında 6-saatlıq danışıqlar başa çatdı
Bizi izləyin

Dünya

ABŞ və Rusiya arasında 6-saatlıq danışıqlar başa çatdı

Rusiya prezidentinin köməkçisi Vladislav Surkov və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland arasında Kalininqrad vilayətinin Pioner şəhərində keçirilən görüş başa çatıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, təxminən 6 saatlıq danışıqlardan sonra Nuland və Surkovun korteji Rusiya prezidentinin iqamətgahından ayrılıb.

Görüş mətbuata qapalı keçirilib.Viktoriya Nuland və Vladislav Surkov danışıqları “konstruktiv və faydalı” adlandırıb.

“Kifayət qədər ətraflı, konstruktiv və faydalı konsultasiyalar oldu. Bu Minsk razılaşmalarının reallaşdırılması üçün güzəştlərin axtarışı üzrə bir növ beyin hücumu idi”, - Surkov jurnalistlərə deyib.

Öz növbəsində, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi danışıqların konstruktiv olduğunu və “Normandiya formatı”nda aparılan müzakirələrə dəstək üçün nəzərdə tutulduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm