• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Kılıcdaroğlu meydanda tək qaldı – VİDEO

  • Dünya
  • 16 Yanvar 2016 16:53
  • 828 Baxış
Kılıcdaroğlu meydanda tək qaldı – VİDEO

Bu gün Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 35-ci qurultayı işinə başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara “Arena” İdman Salonunda keçirilən qurultay iki gün davam edəcək.

Qurultayda CHP-nin yeni sədri seçiləcək. Hazırkı vəziyyət CHP-nin lideri Kamal Kılıçdaroğlunun bu posta yeganə namizəd olduğunu göstərir.

CHP sədrliyi üçün mübarizə aparacağını açıqlayan partiyanın İzmirdən olan millət vəkili Mustafa Balbay namizədliyinin qeydə alınması üçün lazımı səsləri toplaya bilməyib. Namizədliyinin qeydə alınması üçün qurultayın 1200 nümayəndəsinin 120-nin imzası tələb olunurdu. Lakin Mustafa Balbay yalnız 92 imza toplayıb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR