PKK Türkiyə xalqından üzr istədi
Bizi izləyin

Dünya

PKK Türkiyə xalqından üzr istədi

PKK-nın silahlı qanadı HPG Diyarbəkir vilayətinin Çinar rayonunda baş verən silahlı hücumun məsuliyyətini öz üzərinə götürüb.

Axar.az xəbər verir ki, təşkilat hücuma görə Türkiyə xalqından üzr istəyib:

“Ölən vətəndaş və uşaqlardan ötəri kədər hissi duyuruq “.

Açıqlamada hücumun Vanda öldürülən 12 təşkilat üzvünün intiqamını almaq üçün hazırlandığı qeyd olunub.

Xatırladaq ki, Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirdaş hadisəni törədənlərin Türkiyə xalqından üzr istəyəcəyini açıqlamışdı.

Lakin Dəmirdaş bu hücumu həyata keçirən PKK-nın adını hallandırmayıb.

Qeyd edək ki, Diyarbəkirin Çinar rayonunda PKK terrorçularının həyata keçirdiyi terror aktı nəticəsində 6 nəfər həlak olmuş, 39 nəfər isə yaralanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm