Obama İranla bağlı Kerriyə tapşırıq verdi
Bizi izləyin

Dünya

Obama İranla bağlı Kerriyə tapşırıq verdi

ABŞ İrana qarşı sanksiyaların ləğvi istiqamətində daha bir addım atıb.

Publika.az-
ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Barak Obama İrana sərnişin daşıyan təyyarələrin satışına icazə verib.

Amerika Prezidenti İranın nüvə razılaşmasına uyğun davrandığına qarşılıq olaraq həmin ölkəyə sərnişin daşıyan təyyarələrin satışı və ixracına dair sanksiyanı ləğv edib. O, Xarici İşlər naziri Con Kerriyə bu işin təşkili və İrana sərnişin daşıyan təyyarələrin satışına dair lisenziya verilməsini tapşırıb.

Qeyd edək ki, 1980-ci ildə Tehrada Amerikalı diplomatların girov götürülməsindən sonra sərnişin daşıyan təyyaralərin satışı dayandırılmışdır.


Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm