Amerika 3 milyon qaçqın qəbul edib
Bizi izləyin

Dünya

Amerika 3 milyon qaçqın qəbul edib

Amerika 1975-ci ildən bu yana üç milyon qaçqın qəbul edib. Bu qaçqınlara 50 əyalətdə yeni həyat qurmaları üçün şərait yaradılıb.

Publika.az xəbər verir ki, bu barədə Amerika Dövlət Departamenti məlumat yayıb.

Qaçqınların Amerika mədəniyyətinə böyük töhfə olduqları, iqtisadiyyatı gücləndirdikləri və Amerikanın ən təməl prinsiplərinə bağlı olaraq yaşadıqları bildirilib.

Amerika Xarici İşlər Nazirliyi Amerikanın Mühacir Qəbul Proqramı çərçivəsində ölkəyə yerləşdiriləcək qaçqın sayının artırılmasını planlaşdırır. Con Kerri, Amerika Mühacir Qəbul Proqramının Salvador, Qvatemala və Honduras kimi Orta Amerika ölkələrini əhatə edəcək şəkildə genişləndiriləcəyini açıqlayıb.

Nazirlik, Amerikanın hər zaman humanist yardımlar və qaçqın yerləşdirmə fəaliyyətlərində bütün dünyaya liderlik etdiyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm