İstanbulda 12 PKK şübhəlisi saxlanıldı
Bizi izləyin

Dünya

İstanbulda 12 PKK şübhəlisi saxlanıldı

Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatına üzv olmaqda şübhəli bilinən 12 nəfər saxlanıb.

"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, İstanbulun Fatih, Beyoğlu və Bahçekievler rayonlarında metro, avtobus və tramvay dayanacaqlarında şübhəli paketlər yerləşdirən şəxslər müəyyən edilib.

Şübhəlilər 21 ünvana edilmiş basqınlar nəticəsində ələ keçirilib. Əməliyyat zamanı çoxlu radikal məzmunlu materiallar da aşkar edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm