Bu, İran tarixində qızıl səhifədir- Ruhanidən xalqına TƏBRİK
Bizi izləyin

Dünya

Bu, İran tarixində qızıl səhifədir- Ruhanidən xalqına TƏBRİK

İran prezidenti Həsən Ruhani sanksiyaların ləğv edilməsi münasibəti ilə xalqını təbrik edib.Ruhanı nüvə sazişini "İranın tarixində qızıl səhifə" adlandırıb.

Bunu prezident iqtisadi sanksiyaların ləğvi ilə bağlı həmyerlilərinin qarşısında çıxışı zamanı deyib: "Mən bu qələbə münasibəti ilə İran xalqını təbrik edirəm. Bu saziş ölkənin iqtisadi inkişafında "dönüş nöqtəsi"dir". Mən hesab edirəm ki, bu razılaşma milli özünə əminliyi artıracaq".


“Anspress.com” saytı yazır ki, İran prezidenti nüvə problemi üzrə beynəlxalq vasitəçilərin (Çin, Fransa, Almaniya, Rusiya, Böyük Britaniya və ABŞ) Tehranla razılaşmasını müsbət qarşıladıqlarını vurğulayıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Venyana danışıqların nəticəsi ilə bağlı mətbuat konfransı keçirib. O, bildirib ki, nüvə razılaşmasında bütün tərəflərin maraqları nəzərə alınır, həmçinin, bu imzalanma regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir: “Danışıqlarda iştirak edən bütün tərəflər nüvə razılaşmasının tarixi olduğuna inanırlar. Bu razılaşma dünyanın sabitliyinə və təhlükəsizliyini təminat verəcək. Biz siyasi iradə ortaya qoyaraq effektiv razılaşmanı imzalaya bildik".

İran uzun illərdir ki, tətbiq edilən beynəlxalq sankisyalardan azad olub. Bunu rəsmi olaraq ABŞ-ın dövlət katibi Con Kerri elan edib. Sanksiyaların ləğvini Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) təsdiq edib. Bununla da rəsmi Tehran nüvə razılaşmasında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib.

Razılaşma İranla Altılıq ölkələri arasında 14 iyulda ələdə olunub. İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin və Rusiya, eləcə də Almaniya arasında danışıqlar 2006-cı ildə başlayıb. ABŞ konqresi bu razılaşmaya qarşı çıxsa da, prezident Barak Obama razılaşmanın lehinə addımlar atıb. Nəticədə İranla 30 ildən çox davam edən soyuq münasibətlər istiləşməyə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm