Terrorçu özünü partlatdı: 11 ölü, 13 yaralı
Bizi izləyin

Dünya

Terrorçu özünü partlatdı: 11 ölü, 13 yaralı

Əfqanıstanın şərqində güclü partlayış törədilib. Terror aktı olan partlayış nəticəsində azı 11 nəfər ölüb, 13 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə yerli 1TVNEWS telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış Nankarhar əyaləti administrasiyası üzvünün Cəlalabad şəhərində yerləşən evində baş verib.

Terror aktını kamikadzenin törətdiyi bildirilir.

Bəzi məlumatlara görə isə, hücum “jirqa” – tayfa rəhbərlərinin yığıncağı zamanı baş verib, 13 nəfər ölüb.

Hələ ki, heç bir qruplaşma sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm