“Müsəlmanlar Avropada yaşaya bilməz”
Bizi izləyin

Dünya

“Müsəlmanlar Avropada yaşaya bilməz”

Anti-miqrant mövqeyi ilə tanınan Çexiya prezidenti Miloş Zeman müsəlmanları qəzəbləndirəcək bir açıqlama verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, prezident müsəlmanların Avropa cəmiyyətinə inteqrasiya ola bilməyəcəyini bildirib.

“Qərbi Avropa ölkələrinin təcrübəsi göstərir ki, müsəlman cəmiyyətinin Avropaya inteqrasiyası mümkünsüzdür. Mədəniyyətlərini öz ölkələrində yaşasınlar, onları Avropaya buraxmayaq, əks halda Kölndəki kimi hadisələr baş verəcək”, - Miloş Zeman deyib.

Vyetnam və ukraynalıların Çexiyaya inteqrasiya ola bildiyini söyləyən dövlət başçısı inteqrasiyanın bir-birinə yaxın mədəniyyətlərlə mümkün olduğunu qeyd edib.

Solçu siyasətçi bu ayın əvvəlində bildirib ki, miqrant axını Avropanı nəzarət altına almaq istəyən Müsəlman Qardaşları Təşkilatı tərəfindən planlaşdırılıb.

Qeyd edək ki, son vaxtlar Almaniyada Köln şəhərində miqrantların yerli qadınlara kütləvi seksual təcavüzü barədə xəbərlər çoxalıb. Bu xəbərlərdən sonra ölkənin digər şəhərlərində miqrantlarla bağlı sərt ölçülərin tətbiqinə başlanılıb. Bornhaym şəhərinin rəhbərliyi miqrantların istirahət mərkəzinə buraxılmaması başqa qərar verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm