Gürcüstanda bir nəfər donuz qripindən öldü
Bizi izləyin

Dünya

Gürcüstanda bir nəfər donuz qripindən öldü

Gürcüstanda bir nəfər donuz qripi xəstəliyindən dünyasını dəyişib.

AzərTac xəbər verir ki, bu barədə mətbuata Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzi rəhbərinin müavini Paatu İmnadza məlumat verib. O deyib ki, hazırda ölkə əhalisinin hər 100 min nəfərindən 240-da bu xəstəliyin əlamətləri müşahidə olunur. Həkimlərə müraciət edən həmin 240 nəfərdən 37-də bu diaqnoz təsdiqini tapıb.

P.İmanadze bildirib ki, hökumət əhalinin sağlamlığının qorunması, bu xəstəliklərin yayılmasının qarşısının alınması və xəstələrin sağalması istiqamətində mühüm tədbirlər görür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm