Klinton Putini “bully” adlandırdı: mənası... - VİDEO
Bizi izləyin

Dünya

Klinton Putini “bully” adlandırdı: mənası... - VİDEO

ABŞ prezidenti postuna iddia edən Demokrat Partiyanın üzvləri arasında teledebatların növbəti raundu keçirilib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Cənubi Karolina ştatında keçirilən müzakirələrdə ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton, senator Berni Sanders və Merilend ştatının keçmiş qubernatoru Martini O`Melli iştirak edib.

Rusiya prezidenti Vladimir Putin barədə danışan Bill Klinton onu “dayandırılmayana kimi irəli hərəkət edən davakar”la müqayisə edib. “Reuters”in məlumatına görə, sabiq dövlət katibi “bully” sözündən istifadə edib. Bu sözü həmçinin “dələduz” kimi də tərcümə etmək olar.

“Biz birlikdə olmalı, Putinin Avropa və Yaxın Şərqdə daha çox təcavüzkar mövqeyi tutmasına imkan verməməliyik”, - Klinton deyib.

O, həmçinin Qərbin Krım və Donbasdakı hadisələrə görə Rusiyaya qarşı sanksiyaları tətbiq etməsindən məmnunluğunu ifadə edib. Sabiq dövlət katibi bildirib ki, Moskva və Vaşinqton arasında münasibətlərin yenidən inkişafı üçün imkanlar var.

Berni Sanders isə öz növbəsində qeyd edib ki, İŞİD ilə mübarizəyə müdafiə büdcəsinin 10 faizindən də az hissəsi xərclənir. Sanders Müdafiə Nazirliyinin prioritetlərində fundamental dəyişikliklər edilməli, İŞİD-ə qarşı mübarizənin Rusiya və İranla birlikdə aparmalı olduğunu vurğulayıb.

Bütövlükdə Yaxın Şərqdəki vəziyyət və terrorizmlə mübarizə teledebatda diqqət mərkəzində olub. Hillari Klinton Amerika hərbçilərinin Suriyada genişmiqyaslı əməliyyatlarda iştirakına qarşı çıxıb. Onunla Berni Sanders də razılaşıb və Ağ Evi 2003-cü ildə İraqa müdaxilə zamanı etdiyi səhvləri təkrarlamamağa çağırıb: “Regionda Səudiyyə Ərəbistanı və Qətər kimi zəngin ölkələr var. Bu oyunda onlar iştirak etməlidir, ABŞ-dan nəyisə xahiş etməli deyillər”.

Fevral və mart aylarında demokratlar arasında teledebatların iki raundu planlaşdırılıb.

Respublikaçılar Partiyasında demokratların əsas rəqiblər milyarder Donald Tramp, senatorlar Ted Kruz və Marko Rubio hesab edilir. ABŞ-da prezident seçkiləri 8 noyabr 2016-cı il tarixində keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm