Rəssam yenə lüt soyundu
Bizi izləyin

Dünya

Rəssam yenə lüt soyundu

Lüksemburqlu rəssam Debora de Robertis Parisin Orse muzeyində lüt soyunub. Hadisə “ Möhtəşəmlik və kasıblıq: 1850-1910-cu illərdə fahişəlik” sərgisində yaşanıb. Eduard Manenin “Olimpiya” əsərinin qarşısında soyunan rəssam əsərdə olduğu kimi çılpaq poza alıb.

Publika.az xəbər verir ki, bu hərəkətinə görə polis onu saxlayıb. De Robertisin vəkili rəssamın bu əməlini xuliqanlıq deyil, incəsənət aktı kimi qiymətləndirib.

Xaıtrladaq ki, bu, de Robertisin yaşadığı ilk qalmaqal deyil. 2014-cu ilin mayında o, Qustav Kurbenin “Dünyanın yaradılışı” əsərinin qarşısında da çılpaq poz verib.

Qeyd edək ki, bu qalmaqal nəinki rəssam, elə Manenin sözügedən əsəri üçün də ilk deyil. Belə ki, 1865-ci ildə Paris qalereyasında ilk dəfə nümayiş olunan əsərə görə müəllif vulqarizm və kobudluqda ittiham edilib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm