II Dünya müharibəsindən xəbəri olmayıb – 70 yaşlı rahibənin həyat hekayəsi - VİDEO
Bizi izləyin

Dünya

II Dünya müharibəsindən xəbəri olmayıb – 70 yaşlı rahibənin həyat hekayəsi - VİDEO

Bütün həyatını Sibir meşələrində keçirən 70 yaşındakı rahibə Aqafya Lukova ilk dəfə şəhərlə tanış olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Huffington Post” nəşri bildirib.

Ayağında ağrılar yaranan qadın peyk telefonu ilə yardım istəyib. Lukova qış aylarında mənfi 40 dərəcəyə qədər aşağı düşən temperaturda hərəkət qabiliyyətini tamamilə itirməkdən qorxub. O, vertolyotla Qazaxıstan-Monqolustan sərhədindən az qala 1000 kilometr şimalda yerəşən bir xəstəxanaya aparılıb.

Lukovanın ailəsinin həyat hekayəsi ilk dəfə 1970-ci illərdə bölgədən keçən geoloqların köməyi ilə mətbuata çıxıb. Həmin vaxt Lukovanın ailəsinin II Dünya müharibəsindən xəbəri olmadığı məlum olub.

Səksən il əvvəl SSRİ-nin həyata keçirdiyi dini ayrı-seçkiliyə qarşı çıxan 6 nəfərlik ailə ucsuz-bucaqsız Sibir meşələrində yaşamağa başlayıb. Lukova və qardaşı meşədə tikilən daxmada dünyaya gəlmişdi.

1988-ci ildə atasının ölümü ilə ailədə tək qalan qadın, ötən ilin may ayında tək dostu və qonşusu 77 yaşlı geoloq Yerofey Sedovu itirib. Bölgənin qubernatoru Aman Tuleyev rahibəyə uzun müddətdir ki, yardım aparırdı.

Yerli medianın yazdığına görə, Lukova xəstəxanada bir həftə həkim nəzarətində qaldıqdan sonra evinə qayıdacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm