Rusiyanın 100-ə yaxın yük maşını sərhəddən buraxılmadı
Bizi izləyin

Dünya

Rusiyanın 100-ə yaxın yük maşını sərhəddən buraxılmadı

Rusiyadan Moldaviyaya mal aparan yüzə yaxın yük maşını Rusiya-Ukrayna sərhəd məntəqəsində - Troebortnoendə saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Yüzə yaxın yük maşını Kiyev hökumətinin Rusiya mallarının idxalının qadağası haqqında qərarına görə Ukraynanı keçə bilmirlər. Moldaviya hakimiyyət rəsmiləri isə Ukraynanı yüklərin beynəlxalq daşınması haqqında gömrük şərtlərini pozmaqda ittiham edib.

Ukraynada yanvarın 10-da qüvvəyə minən yeni qətnaməyə görə, Rusiyayla ticarətə məhdudiyyətlər tətbiq edilib. Qətnaməyə əsasən, avqustun 5-ə qədər Rusiya mallarının Ukraynanın gömrük ərazisinə idxalı qadağan edilir.

Yeri gəlmişkən, Rusiya Dövlət Duması da ötən ilin dekabrında birinci oxunuşda Ukraynayla azad ticarət zonası haqqında müqavilənin icrasının dayandırılması haqqında qanun qəbul edib.

Öz növbəsində Ukrayna prezidenti Pyotr Poroşenko da dekabrın sonlarında xüsusi fərmanla hökumətə Rusiya barəsində iqtisadi sanksiyaları tətbiq etməyə icazə verdi. Ali Radaya prezident tərəfindən "Xarici iqtisadi fəaliyyət haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı sənəd layihəsi daxil olub.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm