Rusiyadan Türkiyəyə turist aparan şirkətlər cəzalandırılacaq
Bizi izləyin

Dünya

Rusiyadan Türkiyəyə turist aparan şirkətlər cəzalandırılacaq

Rusiyadan Türkiyəyə turist aparan turizm şirkətləri cəzalandırılacaq.

Publika.az xəbər verir ki, bu barədə TASS Agentliyi Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Anna Popovaya istinadən məlumat yayıb.

Xidmət rəhbəri bildirib ki, dekabr ayında aparılan araşdırmalar zamanı məlum olub ki, bəzi turizm şirkətləri Türkiyəyə turist axınına qadağa qoyulmasına əhəmiyyət verməyərək onları başqa ölkələr vasitəsilə Türkiyəyə yollayıblar.

“Biz bununla bağlı intensiv yoxlamalara başlamışıq. Dekabr ayında Türkiyəyə turist yollayan turizm firmaları aşkarlanıb. Onlar turistləri qonşu ölkələrə apararaq oradan Türkiyəyə yönləndirirlər. Lakin bu şirkətlər cəzalandırılacaq”.

Qeyd edək ki, Rusiya hökuməti "Su-24" təyyarəsinin Türk Hava Qüvvələri tərəfindən vurulmasından sonra dekabr ayının 1-dən etibarən bu qadağanı qoyub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm