İrandan Avropaya endirimli neft
Bizi izləyin

Dünya

İrandan Avropaya endirimli neft

İran Avropa ölkələrinə satılacaq neftin qiymətini azaltdığını bəyan edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Milli Neft Şirkəti məlumat yayıb.

“Reuters”in yaydığı xəbərdə İranın “Heavy” növündən olan neftin hər barelinə 6,55 dollar endirim olacağı bildirilir. Səudiyyə Ərəbistanı isə öz növbəsində, neftin bir barelini 4,85 dollara təklif edir.

Səudiyyə Ərəbistanının xarici işlər naziri al-Cubeyr Adeli Ər-Riyadın İrana təzyiq göstərmək üçün neftin qiymətinin qəsdən ucuzlaşdırması haqda yaydığı xəbərləri təkzib edib.

O əlavə edib ki, bazar özü neftin qiymətini müəyyən edir.

Xatırladaq, OPEK-in aylıq proqnozunda neftin qiymətlinin rekord həddə aşağı düşməsinin bir sıra proseslərə təsir göstərəcəyi açıqlanıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm