Rusiyanın xarici borcu açıqlandı
Bizi izləyin

Dünya

Rusiyanın xarici borcu açıqlandı

Rusiyanın xarici borcu 2015-ci ildə 14 faiz azalaraq 515,3 milyard dollar təşkil edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Bankının press-relizində bildirilir.

Bank sektorunun borcu 22,8 faiz azalaraq 132 milyard dollar olub. Qeyri-bank sektorunun borcu isə 9,26 faiz azalaraq 340 milyard dollar təşkil edib.

Keçmiş SSRİ-nin borcu isə 29,8 faizdə azalaraq 1,24 milyard dollar olub.

13 noyabr 2015-ci il tarixində Mərkəzi Bankının başçısı Elvira Nabiullina bildirib ki, 2014-cü ildə ölkənin xarici borcu 729 milyard dollardan 522 milyard dollara qədər azalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm