İŞİD bu canilərin adını ilk dəfə açıqladı - FOTO
Bizi izləyin

Dünya

İŞİD bu canilərin adını ilk dəfə açıqladı - FOTO

İŞİD terror təşkilatı noyabrın 13-də Parisdə silsilə terror hücumları həyata keçirən döyüşçülərinin fotoşəkillərini dərc edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, fotoşəkillər İŞİD-in təbliğat nəşri olan “Dabiq” jurnalının son sayında dərc olunub.

“Adil terror” başlıqlı yazıda onlarla bağlı məlumatlar yer alıb. Döyüşçülərdən dördünün fransız, üçünün belçikalı və ikisinin də iraqlı olduğu bildirilir.

Qeyd edək ki, Fransanın paytaxtında həyata keçirilən hücumlarda 132 nəfər öldürülmüşdü. Hücumları həyata keçirlən İŞİD-çilərdən 7-si zərərsizləşdirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm