Bin Ladenin kürəkənini gözləyən həbsin müddəti açıqlandı
Bizi izləyin

Dünya

Bin Ladenin kürəkənini gözləyən həbsin müddəti açıqlandı

Bin Ladenin kürəkənini gözləyən həbsin müddəti açıqlandı

ABŞ-da "Əl Qaidə" terror təşkilatının sabiq rəhbəri Üsamə bin Ladenin kürəkəni Suleyman Abu Qeys terrorçuluq və amerikalıları öldürmək üçün sui-qəsddə ittiham edilir.

Publika.Az xəbər verir ki, indi məhkəmə ona ömürlük həbs cəzası verə bilər. Küveytli imam Abu Qeys 11 sentyabr terror hücumundan sonra Amerika torpağında mühakimə edilən ən yüksək ranqlı "Əl Qaidə" rəsmisidir.

11 sentyabr terrorundan sonra o, bin Ladenlə birgə video yayıb hücuma görə məsuliyyəti etiraf etmişdi.

O, 2013-cü ildə Türkiyədə tutulub və Quantanamo həbsxanasına gətirilib.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm