Bayden niyə gəlib? – ABŞ-ın vitse-prezidenti İstanbulda – FOTOLAR
Bizi izləyin

Dünya

Bayden niyə gəlib? – ABŞ-ın vitse-prezidenti İstanbulda – FOTOLAR

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Co Bayden və xanımı Cill Bayden dünən İstanbula rəsmi səfərə gəlib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, C.Baydenin “Air Force Two” adlı təyyarəsi yerli vaxtla 21:22-də Atatürk Hava Limanına enib.

Baydenin İstanbula səfəri ilə əlaqədar ABŞ və Türkiyədən olan peşəkar mühafizəçilər tərəfindən Atatürk Hava Limanı və onun ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb.

Hava limanında ABŞ-ın vitse-prezidentini Türkiyə Xarici İşlər Nazirliyinin, İstanbul Valiliyinin və İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəsmi şəxsləri qarşılayıblar.

Daha sonra vitse-prezident və həyat yoldaşı onlara ayrılmış avtomobil karvanı ilə hava limanından ayrılaraq İstanbulun Beşiktaş bölgəsində yerləşən “Conrad Otel”ə yerləşiblər.

Bu gün isə ABŞ-ın vitse-prezidentinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşləri nəzərdə tutulub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm