Vaşinqtondan son söz: “PKK terror təşkilatı...” - VİDEO
Bizi izləyin

Dünya

Vaşinqtondan son söz: “PKK terror təşkilatı...” - VİDEO

Türkiyəyə səfər edən ABŞ-ın vitse-prezidenti Jozef Bayden Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Demokratik Partiyasının (HDP) millət vəkilləri ilə İstanbulda görüşüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, vitse-prezident toplantıda Vaşinqtonun PKK ilə bağlı mövqeyini açıqlayıb.

Görüşdən sonra jurnalistlərin suallarını cavablayan HDP-li Altan Tan bildirib ki, Bayden PKK-nı bir terror təşkilatı olaraq gördüklərini dilə gətirib.

“Bayden PKK-nın xəndəkləri qazmasını və silahdan istifadə etməsini dəstəkləmədiyini, PKK-nı bir terror təşkilatı olaraq gördüklərini söylədi”, - Altan Tan deyib.

HDP-li millət vəkili həmçinin qeyd edib ki, ABŞ PKK ilə PYD arasında bağlılığın olduğunu düşünmür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm