Yunanıstan adaları yaxınlığında 15 cəsəd aşkarlanıb
Bizi izləyin

Dünya

Yunanıstan adaları yaxınlığında 15 cəsəd aşkarlanıb

Yunanıstan adaları yaxınlığında 15 cəsəd aşkar edilib. Rəsmilərin bildirdiyinə görə, bu insanlar Avropaya pənah aparan miqrantlar olub.

Hazırda sualtı axtarışlar davam etdirilir. Egey dənizindəki Farmakonnisi adasına üz tutan qayıqdan 41 adam xilas edilib. 7 nəfərin cəsədi sudan çıxarılıb.

Digər bir incidentdən 26 adam xilas olub. Kalolimnos adası yaxınlığında isə 8 cəsəd tapılıb.

Beynəlxalq Miqrasiya Təşkilatı 2016-cı ilin başlanğıcından 31 244 miqrantın Yunanıstana keçdiyini bildirib.

Qurum bu göstəricinin 2015-ci ilin yanvar ayı ilə müqayisədə 1472 nəfər artıq olduğunu deyir.

Keçən il Yunanıstana dəniz yolu ilə 853 min 650 miqrant keçmişdi.

Onların 48 faizini suriyalılar, 29 faizini əfqanlar 12 faizini iraqlılar, 3 faizini pakistanlılar, 2 faizini isə iranlılar təşkil etmişdi.

Miqrantlar arasında Əlcəzair, Banqladeş, Misir, Eritrea, Livan və Mərakeş vətəndaşları da olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm