Məktəbdə atışma: 2 qardaşını və müəlliməni öldürdü – FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Məktəbdə atışma: 2 qardaşını və müəlliməni öldürdü – FOTOLAR (YENİLƏNİB)

Kanadanın Saskacevan bölgəsindəki La-Loş qəsəbəsinin məktəbində silahlı atışma baş verib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, silahlı hücum nəticəsində 4 nəfər həlak olub, 2 nəfər isə ağır yaralanıb.

Hələlik cinayətkarın adı və olayın səbəbləri barədə məlumat verilmir. Son informasiyaya görə, polis bir məktəblini həbs edib. O da məlumdur ki, cinayətkar məktəbdə atəş açmamışdan öncə evdə 2 qardaşını öldürüb, məktəbdə isə şəhər merinin qızını güllələyib. Mer Kevin Jenvye məktəbdə müəllimə işləyən 23 yaşlı qızının öldürüldüyünü təsdiq edib.

Bundan əvvəl 5 nəfərin öldürüldüyü bildirilsə də, polis ölənlərin sayının 4 nəfər olduğunu açıqlayıb. Dördüncü qurbanın kim olduğu barədə məlumat yoxdur.

Kanadanın baş naziri Jastin Trüdo silahlı insident barədə Davos forumunda mətbuat konfransı keçirən zaman xəbər tutub.

Hadisə ilə əlaqədar məktəbin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm