Dünya
Naziri işdən Öcalan çıxartdırıb? - İttiham
Tükiyənin sabiq daxili işlər naziri və Ordudan seçilən bitərəf millət vəkili İdris Naim Şahin “Bugün TV”nin canlı efirində gündəmlə bağlı əhəmiyyətli açıqlamalar verib.
Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, keçmiş nazir “Ərgenekon” və “Balyoz” kimi iddialarda vəzifə yerinə yetirən keçmiş kəşfiyyat müdiri Ali Fuat Yılmazerin onunla bağlı iddialarını cavablandırıb.
Xatırladaq ki, keçmiş kəşfiyyat müdiri “İdris Naim Şahini də vəzifədən Öcalan çıxartdırdı” söyləyib. Keçmiş daxili işlər naziri “İddiaların doğru olduğunu düşünürəm, inanıram. Millət də belə düşünür. Demək olar ki hökumət daxilində terror mövzusunda fikir birliyi yoxdur” deyib.
O, qeyd edib ki, Baş Nazirlik və AKP-də partiyadan ayrılan millət vəkilləri ilə bağlı bir montaj fəaliyyəti barədə təlimatın verildiyini eşidib.“Bizimlə əlaqədar axtarışların aparıldığını eşitdim. Bu səhv də ola bilər, doğru da. Yəni, kasetlərin ortaya çıxarılması səylərinin olduğunu eşitdim”, - keçmiş baş nazir söyləyib.
İdris Naim Şahin ona yönəlik “İstefa verdi. Onun da şantaj kasetləri var” iddialarını sərt şəkildə tənqid edib. Keçmiş daxili işlər naziri onun barəsindəki iddiaların əsassız olduğunu dilə gətirib.
Qeyd edək ki, keçmiş kəşfiyyat müdiri Ali Fuat Yılmazer ötən həftə gündəm yaradacaq daha bir açıqlama vermişdi. “Bugün TV”nin canlı efirinə qatılan keçmiş kəşfiyyat müdiri “Ərgenekon” iddiaları ilə həbs olunan Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İlker Başbuğun həbs istəyinin baş nazir Rəcəb Təyyib Ərdoğandan gəldiyini bildirmişdi.
“Ərgenekon” istintaqının hər mərhələsində baş nazirin məlumatı var idi. Həbslər onun məlumatı daxilində edilirdi. “Ərgenekon”un bütün mərhələlərində əməliyyat öncəsi baş nazirlə görüşərək məlumat verdim. Həmişə dəstək verib”, - keçmiş kəşfiyyatçı deyib.
Ömər Dağlı
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı