PKK-nın bomba anbarı tapıldı – FOTOLAR
Bizi izləyin

Dünya

PKK-nın bomba anbarı tapıldı – FOTOLAR

Türkiyənin Jandarma qüvvələri Şırnakın Cizre mahalında PKK terrorçularına məxsus partlayıcı anbarı və bomba emalatxanası kimi istifadə olunan ev aşkar ediblər.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, evdə aparılan axtarış zamanı təqribən 5 ton ammonium nitrat və kustar üsulla hazırlanmış çoxlu sayda partlayıcı tapılıb.

Terrorçular ammonium nitrat maddəsini neftlə qarışdıraraq, partlama təsirini artırmaq üçün maye qazı əlavə etməklə bomba hazırlayırmışlar. Aşkar olunan partlayıcı maddələr və digər ləvazimatlar polis tərəfindən zərəsizləşdirilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm